Faydalı
Sümük gücünün sirri 1 stəkanda gizlidir!
Faydalı
500

Sümük gücünün sirri 1 stəkanda gizlidir! İngilislər bunu bilir və hər gün içirlər

Sümük gücünün sirri ingilislərin hər gün içdiyi bir içkidə gizlidir – südlü qara çay. Bu içki həm dadlıdır, həm də sağlamlığa, xüsusilə sümük sağlamlığına faydalıdır. İngiltərədə insanlar gün ərzində səhər yeməyindən çay saatına qədər tez-tez bu içkidən istifadə edirlər.

E-saglam.az xəbər verir ki, südlü çayın əsas tərkib hissəsi olan süd, təbii kalsium mənbəyidir. Kalsium sümüklərin möhkəmliyi və inkişafı üçün çox vacibdir. Süd əlavə edilən çay sümük sıxlığını artırmağa və osteoporoz riskini azaltmağa kömək edə bilər.

Əgər istifadə olunan süd D vitamini ilə zənginləşdirilibsə, bu, kalsiumun bədəndə daha yaxşı mənimsənilməsini təmin edir. D vitamini və kalsium birlikdə işlədikdə sümük sağlamlığı üçün daha təsirli olur.

Qara çay özü də faydalıdır. Onun tərkibindəki polifenollar güclü antioksidantlardır. Bu maddələr bədəndə iltihabı azaldır və yaşla əlaqəli sümük itkisinə qarşı qoruma təmin edə bilər.

Oksford Universitetində aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm çay içən insanlarda sümük sıxlığı daha yüksək olur. Bu xüsusilə qadınlarda daha nəzərəçarpacaq dərəcədə müşahidə edilib.

İngilis üsulunda südlü çay hazırlamaq çox sadədir. Qara çay paketini qaynar suda 3-5 dəqiqə dəmləyin. Sonra çayı stəkana süzün və üzərinə 1-2 xörək qaşığı isti süd əlavə edin. İstəsəniz, az miqdarda şəkər də əlavə edə bilərsiniz, amma şəkərsiz içmək daha faydalıdır.

Bu içki uşaqlar və yeniyetmələr üçün sümük inkişafını dəstəkləyir. Menopoz sonrası dövrdə olan qadınlarda sümük sıxlığını qorumağa kömək edə bilər. Osteoporoz riski olan şəxslər üçün isə sadə və təsirli bir dəstək vasitəsidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun