Xəbərlər
Sumqayıt sakinini Rusiyada 8 canavar parçaladı - ÜRƏKSIZLADAN görüntülər -
Xəbərlər

Sumqayıt sakinini Rusiyada 8 canavar parçaladı - ÜRƏKSIZLADAN görüntülər - FOTOLAR

Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb.

E-saglam.az xəbər verir ki, etibarlı mənbədən adının çəkilməsini istəməyən şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib.

“O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib. Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir. Çoban itləri də axı vəhşi olur. Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edildikdən sonra canavarların hamısı öldürülüb. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib” deyə saytımıza bildirilib.

Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun