Qidalanma
Südün zehni qabiliyyətlərə
Qidalanma
110

Südün zehni qabiliyyətlərə təsiri açıqlanıb

Bioloq İrina Lyalina bildirib ki, süd zehni qabiliyyəti dərhal artıran sehrli vasitə olmasa da, onun müntəzəm istehlakı beynin normal fəaliyyətinin qorunmasına müsbət təsir göstərir.

E-saglam.az-ın məlumatına görə, onun sözlərinə görə, südün tərkibində idrak sağlamlığını dəstəkləyən balanslı qida maddələri mövcuddur.

Mütəxəssis izah edib ki, süddə olan zülallar və amin turşuları neyronlar arasında məlumat ötürülməsini təmin edən neyrotransmitterlərin formalaşması üçün vacib “tikinti materiallarıdır”. Bu maddələr yaddaşın möhkəmlənməsində və diqqətin cəmlənməsində mühüm rol oynayır.

Lyalina qeyd edib ki, B vitaminləri, xüsusilə B12 və B2, sinir sisteminin sağlam fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Bu vitaminlər beyində enerji istehsalını dəstəkləyir və idrak proseslərinin daha səmərəli işləməsinə kömək edir.

Onun sözlərinə görə, kalsium və maqnezium sinir impulslarının ötürülməsi və sinir hüceyrələrinin sağlamlığı üçün vacibdir. Eyni zamanda, əsasən tam süddə olan yağ turşuları beyin hüceyrə membranlarının quruluşunu qoruyur və beynin inkişafı ilə normal funksiyasında iştirak edir.

Bioloq vurğulayıb ki, təbii süd uşaqlar, yeniyetmələr və böyüklər üçün yaddaşın, diqqətin və ümumi idrak sağlamlığının dəstəklənməsində faydalı ola bilər.

Bununla belə, o əlavə edib ki, zehni qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə yaxşılaşması üçün təkcə süd kifayət deyil. Bunun üçün düzgün və balanslı qidalanma, keyfiyyətli yuxu, müntəzəm fiziki fəaliyyət və zehni stimullaşdırma birlikdə vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun