Xəbərlər
Spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdiriləcək -
Xəbərlər

Spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdiriləcək - Təklif

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb.

E-saglam.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

"Alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər", - məlumatda bildirilir.

Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Xüsusilə, Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərədən ölür. ÜST-nin məlumatına görə, AvropadA alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir. (Oxu.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun