Qidalanmada isti qidaların olmaması həzm sistemi üçün ciddi problemlərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekan vəzifəsini icra edən İrina Lyalina bildirir ki, isti yeməklərin rasiondan çıxarılması bağırsaq hərəkətlərini zəiflədir və qəbizlik riskini artırır.
Onun sözlərinə görə, bu hal həmçinin həzm fermentlərinin istehsalını pozur. Nəticədə qida tam həzm olunmur, mədə selikli qişası qıcıqlanır və zamanla qastrit, daha ağır hallarda isə mədə xorası yarana bilər.
Mütəxəssis qeyd edir ki, isti yeməklərin olmaması ödün qatılaşmasına səbəb olur. Bu isə öd daşı və öd kisəsinin iltihabı riskini artırır.
Bundan əlavə, belə qidalanma mədəaltı vəzə də mənfi təsir göstərərək pankreatit riskini yüksəldə bilər. Soyuq qidaların həzmi üçün orqanizm daha çox enerji sərf edir ki, bu da maddələr mübadiləsinə və qida maddələrinin mənimsənilməsinə mənfi təsir edir.
Ekspert isti yeməklərin balanslı qidalanmanın vacib hissəsi olduğunu vurğulayır.
Tərcümə: Könül Oruc