Soyuducuda saxlanılan bəzi qidalar düzgün şərait olmadıqda bakteriyalar üçün əlverişli mühitə çevrilə və qida zəhərlənməsinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, həmin 3 riskli qida bunlardır:
Bișmiş düyü və makaron
Soyuducuda uzun müddət saxlanılan bişmiş düyü və makaron, xüsusilə otaq temperaturunda çox qaldıqdan sonra soyudulub yenidən istifadə olunarsa, Bacillus cereus kimi bakteriyaların inkişafı üçün şərait yaradır. Bu bakteriya istiliyə davamlı toksinlər ifraz edir və qida zəhərlənməsinə səbəb ola bilər.
Qaynadılmış yumurta
Qabığı soyulmuş qaynadılmış yumurtalar açıq şəkildə saxlanıldıqda bakteriyaların sürətlə çoxalmasına imkan verir. Xüsusilə Salmonella riski artır. Yumurtanı təmiz qapalı qabda və 2-3 gün ərzində istifadə etmək tövsiyə olunur.
Hazır salatlar və souslu yeməklər
Mayonezli və ya souslu salatlar (məsələn, toyuqlu, yumurtalı salatlar) soyuducuda 2 gündən artıq saxlandıqda, Listeria və E. coli kimi bakteriyalarla çirklənmə riski artır. Soyuq zəncir qırıldıqda bu qidalar olduqca təhlükəli ola bilər.
Tövsiyə: Bu qidaları soyuducuda saxlayarkən həmişə örtülü qabdan istifadə edin, 3 gündən artıq saxlamaqdan çəkinin və qalıqları yenidən isidərkən tam istiləndiyinə əmin olun.
Tərcümə: Könül Oruc