Sağlamlıq
Soyuducudan gələn qoxunun
Sağlamlıq
325

Soyuducudan gələn qoxunun ciddi təhlükəsi

Ölümcül göbələklər soyuducudan xoşagəlməz qoxuya səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bunu hüceyrə bioloqu Aleksandr Sozıkin "News.ru" ilə söhbətində deyib.

Onun sözlərinə görə, soyuducudakı qoxuları iki qrupa bölmək olar: texniki və bioloji.

"Bioloji olanlar arasında spesifik və xoşagəlməz qoxunu aşağı temperaturda yaşaya bilən və demək olar ki, bütün qida məhsullarında əmələ gələn Penicillium göbələyi əmələ gətirir. Bu, xüsusilə təhlükəli bir vəziyyətdir, çünki belə məhsullar istehlak edildikdə həm güclü allergik reaksiya, həm də həzm pozğunluğu mümkündür. Və aflatoksinlər buraxan kif göbələkləri - qaraciyər hüceyrələrini məhv edən maddələr - ölümə səbəb ola bilər", - Sozıkin izah edib.

Mütəxəssis xoşagəlməz qoxuların yaranmasının texniki səbəblərini drenaj sistemində tıxanma, biodezodorantın çirklənməsi və ya materialların aşınması, plastik və rezin qoxusu ilə əlaqələndirib. Bioloq əlavə edib ki, sonuncu, uzun müddət istismarda olan və zəif təmizlənmiş cihazlarda və ya yeni soyuducularda uzunmüddətli fasilələr zamanı baş verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun