Xəbərlər
Soyuducuda saxlanması qadağan edilən
Xəbərlər
122

Soyuducuda saxlanması qadağan edilən tərəvəz və meyvələrin siyahısı

Qida texnoloqu Mario Sançes bəzi tərəvəz, meyvə və giləmeyvələrin soyuducuda saxlanmasının qadağan olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, Sançes banan, armud, alma, pomidor və avokadoları soyuducuda saxlamamağa çağırıb. Məsələ ondadır ki, onlar yığılandan sonra da yetişməyə davam edir və soyuq bu prosesi kəsir ki, bu da həmin meyvə-tərəvəzin keyfiyyətinə mənfi təsir göstərir”, - deyə mütəxəssis izah edib.

Mütəxəssisin sözlərinə görə, portağal, naringi, gilas, moruq və çiyələk, əksinə, soyuducuda saxlanılmalıdır, çünki onlar yığılandan dərhal sonra yetişməyi dayandırır.

"Bununla belə, bir istisna var - isti havada bütün tərəvəzləri, meyvələri və giləmeyvələri soyuducuda saxlamaq daha yaxşıdır, əks halda onlar tez xarab olacaqlar", - deyə Sançes yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun