Ermənistanda ilk dəfə olaraq ağcaqanadlardan insanlara keçən Qərbi Nil virusu qeydə alınıb, bir nəfər ölüb, 20-yə yaxın insan xəstəxanaya yerləşdirilib.
E-saglam.az xəbər verir ki, bu barədə "Azatutyun"("Azadlıq" radisounun erməni bürosu) yazır .
Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir, ən kiçiyinin 25, ən yaşlısının 65 yaşı var. Hamısının xroniki və ağır xəstəlikləri var. Mərhum da risk qrupunda olub, yaşı 60-dan yuxarıdır.
Mürəkkəb mərhələdə virus beyin qişasının və ya beynin iltihabına qədər və ya hər ikisi birlikdə - meningoensefalitə səbəb ola bilər.
Risk qrupuna müşayiət olunan, xroniki və ya ağır xəstəlikləri olan insanlar və yaşlılar daxildir.
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin direktoru Stepan Atoyan deyir ki, sağlam insanlar buna yüngül yanaşırlar. Xəstəliyin spesifik müalicəsi yoxdur, müalicə yalnız simptomlara görə təyin edilir və bu infeksiyaya qarşı peyvənd yoxdur.
"Əhalinin neçə faizinin hədəf qrupunda olması isə əlavə araşdırmalardan sonra bəlli olacaq",- deyə qurum direktoru bildirib.(moderator.az)