Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib. 27 904 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.