Xəbərlər
SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarında
Xəbərlər
133

SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyalarında giriş BAĞLANDI

"Qara Qarayev" - "Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

E-saglam.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

12:45

"Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb".

E-saglam.az  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.

12:34

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

E-saglam.az  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun