Alimlər müəyyən ediblər ki, toyuq yumurtası insanın əhvalını yaxşılaşdırmağa və sakitləşdirməyə kömək edə bilər.
E-saglam.az xəbər verir ki, bu müsbət təsir, yumurtanın tərkibindəki triptofan adlı amin turşusu ilə bağlıdır. Triptofan orqanizmdə serotonin adlı “xoşbəxtlik hormonu”nun yaranmasında istifadə olunur. Serotonin əhvalın sabit qalmasına və daxili rahatlığa dəstək olur.
Yüksək keyfiyyətli proteinlə, meyvə və tərəvəzlərlə zəngin qidalanma da sakitləşdirici və əhvalı yüksəldici təsir göstərir. Alimlər 35-55 yaş arası 168 kişi üzərində apardıqları araşdırmada belə nəticəyə gəliblər: yumurta yeyənlərdə aqressiya daha az müşahidə olunur. Eyni müsbət təsir alma, portağal, xiyar və pomidor kimi təbii qidalarla da əldə olunub.
Əksinə, çoxlu düyü, makaron və çörək yeyənlərdə mənfi emosiyalar daha çox görülüb. Yəni şokolad yerinə yumurta və təbii qidalar seçmək, həm bədənə, həm də ruha fayda verir.
Tərcümə: Könül Oruc