Psixologiya
Şizofreniya və bakterial infeksiya arasında - ƏLAQƏ TAPILDI
Psixologiya

Şizofreniya və bakterial infeksiya arasında - ƏLAQƏ TAPILDI

Şimali Karolina Dövlət Universitetində şizofreniyalı və şizoaffektiv pozuntusu olan insanların bartonellaya (qram mənfi bakteriya) yoluxduqlarını göstərən tədqiqatlar aparılıb.

E-saglam.az bildirir ki, ekspertlər bu araşdırmaları infeksiya və psixi pozuntunun əlaqəsini öyrənmək məqsədilə aparıblar.

Güman edilir ki, bartonellaya yoluxma psixika ilə bağlı problemlərə səbəb olur. Bildirilir ki, pişiklər bartonellanın 40 məlum növündən minimum 3-nün daşıyıcısıdır: Bartonella henselae, Bartonellaclridgeiae və Bartonella koehlerae. Stabil və idarə oluna bilən şizofreniyalı və ya şizoaffektiv pozuntulu 17 insandan ibarət, eləcə də 13 sağlam insandan ibarət nəzarət qrup seçilib.

Bütün könüllülərin qanında Bartonella infeksiyasının mövcudluğu yoxlanılıb. Həmçinin onlar xəstəliyin simptomlarının ağırlıq dərəcəsini və bartonella ilə potensial əlaqənin mövcudluğunu göstərən anketləri doldurublar. Şizofreniyalı 17 pasiyentdən 12-nin qanından Bartonella DNT-si mövcud olub. Nəzarət qrupunda isə 13 insandan yalnız 1-də bu bakteriyaya rast gəlinib./tibb.fed.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun