Mütəxəssislər məşhur sızanaq məhsullarında kanserogenlərin olma ehtimalını qiymətləndiriblər.
E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Belə ki, əvvəllər müstəqil Nyu-Yorkun laboratoriyası Valisure, sızanaqlarla mübarizə üçün məşhur dərmanlarda benzoil peroksidin tapıldığını bildirdi. Parçalanan zaman insanlar üçün təhlükəli olan benzol yarana bilər.
RBC ilə söhbətində dermatoloq, trixoloq, tibb elmləri doktoru, Penza Qabaqcıl Tibbi Araşdırmalar İnstitutunun dermatovenerologiya və kosmetologiya kursunun rəhbəri Yuliya Qallyamova kosmetik məhsullarda kanserogenlərin görünməsi risklərini qiymətləndirib. Onun sözlərinə görə, həqiqət ondan ibarətdir ki, benzoil peroksidin özü zərərsizdir, lakin dərmanlar düzgün saxlanmazsa, bu zaman benzol əmələ gələ bilər.
"Ona görə də siz həmişə dərmana dair təlimatlarda göstərilənlərə, saxlanma qaydalarına əməl etməlisiniz", - Qallyamova qeyd edib.
Onun sözlərinə görə, bir çox dərmanların saxlanma rejimi pozulursa, gözlənilməz reaksiyalar baş verə bilər. Mütəxəssis onu da vurğulayıb ki, benzolun yaranması üçün amerikalı mütəxəssislər məhsulu 70 dərəcəyə qədər qızdırıblar və adi otaq şəraitində belə bu dərəcədə temperaturun görünməsi ehtimalı azdır.
Daha əvvəl dermatokosmetoloq Svetlana Studenikina bildirib ki, sızanaqları müalicə etməzdən əvvəl sızanaqların hormonal balanssızlıqla bağlı olub-olmadığını öyrənmək lazımdır. Bunun üçün endokrinoloq, ginekoloq və ya uroloqla məsləhətləşmə tələb olunur.
Tərcümə etdi: Könül Oruc