
Təbii bitkilər əsrlər boyu insan sağlamlığına fayda verib.

E-saglam.az xəbər verir ki, İbn Sinanın "El Kanun fi't Tıbb" əsərində qeyd etdiyi müalicəvi bitkilərdən biri də andız otudur. Aralıq dənizi bölgəsində, xüsusilə Toros dağlarında geniş yayılmış bu bitki ürək və ağciyər xəstəliklərinə qarşı təsirli sayılır.
Andız otunun faydaları:
Ürək sağlamlığını qoruyur
Ağciyərləri toksinlərdən təmizləyir
Miqren ağrılarına qarşı təsirlidir
Ödem və ağrıları azaldır
Həzm sistemini rahatlaşdırır
Bədəni istiləşdirir və detoksifikasiya təsiri göstərir
Oynaq ağrılarını yüngülləşdirir
Həşərat dişləmələrinə qarşı müalicəvi təsir göstərir
İstifadə qaydaları:
İbn Sina bu bitkidən qaynadılmış formada çay kimi istifadə etməyi və ya məlhəm kimi tətbiq etməyi tövsiyə edib. Anadolu bölgəsində isə andız bəkməzi geniş yayılıb. Ancaq hər hansı bir dərman bitkisini qəbul etməzdən əvvəl mütəxəssis məsləhəti almaq vacibdir.
Harada bitir?
Andız otu Aralıq dənizi iqlimində, dağlıq və qayalıq ərazilərdə təbii şəkildə yetişir. Bu bitkidən istifadə edərkən həddindən artıq istehlakdan çəkinmək və sağlamlıq problemləri yaşamamaq üçün həkimlə məsləhətləşmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc