Qidalanma
Şirin istəyinin əsl səbəbini öyrəndikdə
Qidalanma
162

Şirin istəyinin əsl səbəbini öyrəndikdə çox təəccüblənəcəksiniz

Elm adamları ilk dəfə dilimizdə şirin dadı hiss edən xüsusi reseptorun üçölçülü quruluşunu xəritələndiriblər.

E-saglam.az xəbər verir ki, bu böyük kəşf, şəkərli qidalara qarşı meylimizin haradan gəldiyini daha yaxşı anlamağa kömək edir. Mütəxəssislər bildirirlər ki, bu məlumat piylənmə ilə mübarizədə yeni imkanlar aça bilər.

Şirin dad reseptorları müxtəlif növ şirin kimyəvi maddələri aşkar edə bilir. Amma digər dadlar — məsələn, acı və ya turş kimi — daha güclü reaksiya verən reseptorlarla müqayisədə şirin dad reseptorları daha az həssasdır. Bunun səbəbi təkamül prosesində bədənin enerji ehtiyacına uyğun olaraq şəkərə qarşı istəkin formalaşmasıdır. Yəni şirniyyata olan həvəsimiz əslində təbiətimizdən gəlir.

Kolumbiya Universiteti və Howard Hughes Tibb İnstitutunda çalışan tədqiqatçı Dr. Juen Zhang deyir: “Şəkərin piylənməyə təsiri çox böyükdür və bu, nəzərə alınmamalı deyil”. O bildirir ki, bu gün istifadə edilən süni dadlandırıcılar çox vaxt effektiv olmur, çünki onların hazırlanmasında şirin dad reseptoru tam başa düşülməyib.

Bu tədqiqat Cell jurnalında dərc olunub və üç il davam edib. Alimlər krio-elektron mikroskopiya texnikasından istifadə edərək reseptorun strukturunu yüksək dəqiqliklə təsvir ediblər.

Maraqlıdır ki, şirin dad reseptoru "Venera milçək tələsi"nə bənzəyən iki əsas hissədən ibarətdir. Bu strukturdakı “bağlayıcı cib” adlı hissə, insanlarda şirinliyə qarşı həssaslığın niyə fərqli olduğunu başa düşməyə kömək edir.

Kolumbiya Universitetinin Zukerman İnstitutundan Dr. Anthony Fitzpatrick deyir ki, “bağlama cibini” başa düşmək, daha güclü və təhlükəsiz şirinləşdirici maddələr yaratmaq üçün vacibdir. Gələcəkdə bu məlumatlar şəkərə olan ehtiyacı azaldan və ya tarazlayan yeni molekulların kəşfinə səbəb ola bilər.

Tədqiqatçılar onu da əlavə edirlər ki, bu reseptorlar yalnız dildə deyil, bədənin başqa hissələrində də mövcuddur. Ona görə də bu kəşf maddələr mübadiləsi ilə bağlı aparılacaq digər araşdırmalara da töhfə verə bilər.

Hazırda ABŞ-də hər beş uşaqdan biri və hər beş böyükdən ikisi piylənmədən əziyyət çəkir. Həddindən artıq şəkər qəbulu, ürək və qarın bölgəsində yağ yığılması ilə sıx bağlıdır və bu da ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Tədqiqatın həmmüəllifi Endryu Çanq deyir: “Biz elmi bilikləri artırmaq istəyirik, çünki bunun insanlara həqiqətən faydalı ola biləcəyinə inanırıq”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun