8 dekabr 2024-cü il tarixində Gənclər İnkişaf Naminə İctimai Birliyinin nəznində fəaliyyət göstərən Abşeron Qadın və Uşaq Sığınacağının təşkilatçılığı ilə “Sığınacaq Tapan Qəlblər” adlı xeyriyyə məqsədli ziyafət yeməyi təşkil edilib.
E-saglam.az xəbər verir ki, tədbirdə bir sıra nazirlər, komitə sədrləri, millət vəkilləri, dövlət rəsmiləri, o cümlədən xeyriyyəçi iş adamları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhid övladlarından ibarət "Zəfər Sədası" xor qrupu çıxış edib.
Tanınmış teleaparıcı, jurnalist İslam Qədirlinin aparıcılığı ilə baş tutan tədbirin açılış nitqini Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri, Abşeron Qadın və Uşaq Sığınacağının təsisçisi Rəvan Cəfərli və sığınacağın direktoru Zülfiyyə Əliyeva, İcraçı direktoru Zinyət Mirzəyeva, sığınacağın İdarə Heyətini üzvü, Leda Pharma şirkətinin təsisçi/direktoru Nihadə Həsənova qonaqları salamlayaraq birlikdə gördükləri işlər, sığınacağın fəaliyyəti, gələcək layihələr barədə ətraflı məlumat verib.
Sonra isə tədbirin qonaqlarına söz verilib. İlk öncə Millət Vəkilləri Vüqar İskəndərov və Razi Nurullayev, ABF-nin prezidenti Taleh Ziyadov, 4 saylı qadın cəzaçəkmə müəssisəsinin rəis müavini Lamiyə Əliyeva, Ombudsman aparatının nümayəndəsi Azər İsalı, Məhkum Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri, AQUS-nın Himayədarlar Şurasının sədri Fira Cəlilova çıxış edərək öz dəyərli fikirlərini bölüşüb və sığınacağa dəstəyini bildirib.
Həmçinin tanınmış xeyriyyəçi iş adamları Qubad Qubadlı, Sakit Səmədov, Hacı Nuran,Elvin Safar,Kamil Zeynallı, Anar Məmmədov, Xəzər rayonu Məhkəmə Hakimi Aynur Məmmədova, YAP-nın, İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, tanınmış klinika rəhbərləri və həkimlər, Naxçıvan Muxtar Respublikasının Yazıçılar və Bəstəkarlar Birliyinin üzvü Arzu Bədəlova, şairə, bəstəkar ictimai xadim, iş adamı, RİHİM İB-nin sədri Arzu Bağırova, İMD İB-nin sədri, BİG Group-un rəhbəri Emil Əkbərov, Azərbaycan İncəsənət Məktəbinin təsisçi/direktoru kinorejissor Amil Alioğlu və mediya nümayəndələri iştirak edib.
Sonra isə Azərbaycan Respublikasının Əməkdar Artisti Firuzə İbadova və Gülüstan Əliyeva öz mahnıları və Kəlağayı rəqs qurupu öz rəqsləri ilə tədbirin bədii hissəsinə keçid edib. Daha sonra isə gənc xanəndə Həsrət Əzizli Bayatı Şiraz muğamını ifa edib.