Tibbi xəbərlər
Sentyabr ayında hansı viruslar
Tibbi xəbərlər
90

Sentyabr ayında hansı viruslar daha çox yayılır?

Pediatr Yekaterina Morozovanın sözlərinə görə, payızın əvvəlində rinoviruslar, adenoviruslar, koronaviruslar və digər respirator viruslar daha aktiv ola bilər.

E-saglam.az xəbər verir ki, bu dövrdə mövsümi qripə səbəb olan A və B tipli qrip viruslarının yayılması da tədricən artır.

Bəs bu viruslar necə yayılır?

Əsas yoluxma yollarından biri hava-damcı yoludur. Xəstə insan öskürəndə və ya asqıranda virus hissəcikləri havaya yayılır və yaxınlıqda olan insanlara keçə bilər.

Digər yol isə təmasdır. Yoluxmuş insanla əl sıxmaq və ya virusla çirklənmiş səthlərə toxunmaq nəticəsində virus əllərə keçə bilər. Daha sonra əllərlə buruna və ya ağıza toxunmaq yoluxmaya səbəb ola bilər.

Payızda uşaqların məktəb və bağçalara qayıtması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi də virusların yayılmasını asanlaşdıra bilər.

Ona görə də bu dövrdə əlləri mütəmadi yumaq, qapalı məkanları havalandırmaq və xəstə insanlarla yaxın təmasdan mümkün qədər uzaq durmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun