Xəbərlər
Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin
Xəbərlər
3547

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu - FOTO

ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) xaric edilmiş tullantı imiş.

E-saglam.az xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə yanmalı idi. Lakin nəsə səhv gedib - qalıqlar üç il orbitdə dövrə vurub, sonra da yarımçıq yanıb.

“Obyektin 2024-cü il martın 8-də Yer atmosferinə yenidən daxil olarkən tamamilə yanması gözlənilirdi. Bununla belə, avadanlığın bir hissəsi davam gətirib və Neapol şəhərindəki evə çırpılıb”, - deyə NASA izah edib. Düşmüş metal parçasının çəkisi təxminən 700 qram olub.

Qalığın atmosferə daxil olarkən məhv olmamasının səbəbini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq.

Mənbə: İz.ru /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun