Sosial
Səkkiz aylıq Zeynəbin dəstəyə ehtiyacı var: Müalicə üçün Türkiyəyə yollanmalıdırlar
Sosial

Səkkiz aylıq Zeynəbin dəstəyə ehtiyacı var: Müalicə üçün Türkiyəyə yollanmalıdırlar - FOTO

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Aydan Ağayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

“Zeynəb ötən ilin sentyabr ayında dünyaya gəlib. Hamiləliyim zamanı imkan olmadığı üçün bütün həkim müayinələrindən keçə bilməmişdim. Zeynəb doğulandan sonra isə onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Yaşı az olduğu üçün müalicəsi də çox çətindir”.

Gənc ana övladının müayinəsi üçün Türkiyəyə yollanmaq istədiklərini deyib.

“Zeynəbin analizlərini Türkiyədə yerləşən klinikalardan birinə göndərdik. Həkimlə oraya gəlib, müayinə etdirməyimizin daha yaxşı olacağını bildirdilər. Ora gedib müayinələri keçə bilmək üçün 6 000 manata ehtiyacımız var. Həmin məbləğin 4 500 manatını qohum-qonşunun dəstəyi ilə yığa bilsək də, qalan 1 500 manatı toplamağa imkanımız çatmır. Hazırda əlimdə olan tək dəyərli əşyam qızıllarımdır, onları da bilet almaq üçün satacağam. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 649-47-91.

Express Bank: 4724 9425 2723 6715.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun