Şəki Dövlət Dram Teatrının aktrisası vəfat edib.
E-saglam.az xəbər verir ki, bu barədə Şəki Dövlət Dram Teatrı məlumat yayıb.
Bildirilib ki, aktrisa Brilyant Camal qızı Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, o, 1963-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildən Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyoru ixtisasını bitirib.
B.Babayeva Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.