Belə bir fikir var ki, arıqladıqda həmişə şəkəri diyetinizdən xaric etməlisiniz.
E-saglam.az xəbər verir ki, bu məşhur mifi endokrinoloq Maksim Kuznetsovun "YouTube" kanalına müsahibə verən diyetoloq Alena Molçanova təkzib etdi.
Molçanova pəhriz zamanı şəkəri istisna etməməyə çağırdı. Birincisi, onu tamamilə aradan qaldırmaq mümkün deyil. "Fakt budur ki, təbii şəkərlər, məsələn, meyvə və tərəvəzlərdə olur",- həkim izah etdi.
Ancaq həkimə görə, Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi sağlam istehlak nisbəti var.
"Beləliklə, pəhriz gündə 25-30 qram şəkər əlavə etməyə imkan verir", - Molçanova izah etdi.
Tərcümə: Könül Oruc