Faydalı
Şəkərin səviyyəsini aşağı salan təbii məhsulun adı
Faydalı
2423

Şəkərin səviyyəsini aşağı salan təbii məhsulun adı açıqlandı

Çinin Cənub-Şərqi Universitetinin alimləri sarımsağın qanda qlükoza və xolesterinin səviyyəsini effektiv şəkildə normallaşdırdığını müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Tədqiqatçılar bitki qidaları və ədviyyatların insanın kardiometabolik sağlamlığına təsiri (meta-analiz) haqqında əvvəllər dərc olunmuş 29 elmi məqalənin nəticələrini təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqatda müxtəlif ölkələrdən ümumilikdə 1567 nəfər iştirak edib.

Könüllülərin yaşı 18-80 arasında olub. Qeyd olunur ki, eksperimentlərdə həm sağlam insanlar, həm də 2-ci tip şəkərli diabet, ürək-damar xəstəliyi, alkoqolsuz qaraciyər piylənməsi, infarkt, piylənmə, hipertoniya və polikistik yumurtalıq sindromu olan subyektlər iştirak edib.

Tədqiqatlar zamanı sarımsaq xam və toz halında, həmçinin yaşlı ekstrakt və pəhriz əlavəsi formalarında istehlak edilib.

Bir meta-analiz göstərib ki, sarımsaq istehlakı hər cəhətdən müsbət təsir göstərib və qan şəkəri və xolesterinin səviyyəsini azaltmağa kömək edib. Alimlər sarımsağın faydalı xüsusiyyətlərinin orqanizmdə allisin adlı üzvi birləşmənin sintezini sürətləndirmək qabiliyyəti ilə bağlı olduğunu irəli sürüblər. Allisin qan dövranını normallaşdırır, antimikrob aktivliyə malikdir və qaraciyərdə trigliseridlərin (yağların) əmələ gəlməsini boğur.(hit.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun