Sağlamlıq
Şəkər istəyini necə aradan qaldırmaq olar?
Sağlamlıq
412

Şəkər istəyini necə aradan qaldırmaq olar?

Bəzi insanlar üçün şəkər istəyi ilə mübarizə, xüsusən də arıqlamağa çalışarkən əsl problemə çevrilir.

ABŞ-ın Klivlend Klinikasının dietoloqları şəkər qəbulunu effektiv şəkildə azaltmaq və şirniyyata olan aludəliyi aradan qaldırmaq yolları ilə bağlı tövsiyələrini verib. Dietoloq Anna Taylor qeyd edir ki, şirniyyata olan həvəs insanın gün ərzində nə yeməsindən asılıdır.

Səhərlər yalnız kofe içmək və naharda salat yemək kimi yemək vərdişləri vücudunuzun şəkər kimi sürətli karbohidratlara olan həvəsini artıra bilər. Üstəlik, şirin qidalardan tamamilə imtina çox vaxt əks təsirə gətirib çıxarır.  Diyetoloq Christine Kirkpatrick şəkər qəbulunun azaldılmasının fərdi yanaşma tələb etdiyini vurğulayır. Bəzi insanlar üçün ən yaxşı yol qəfildən şəkərdən imtina etməkdir, digərləri üçün onu tədricən azaltmaqdır.

Mütəxəssislər şəkərin kəskin azaldılmasından çəkinməyi və bunun əvəzinə şirin, qidalı qidaları seçməyi tövsiyə edir. Bunlara, ananas, albalı və çiyələk, həmçinin qatıq və təbii fıstıq yağı daxildir. Şəkər qəbulunu azaltmaq əvvəlcə çətin ola bilər, lakin zaman keçdikcə bu vərdişə çevrilir.(Foodinfo.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun