Səidənin xəstəliyi yenidən qayıdıb, təcili kimyaterapiya almalıdır:
Səidənin xəstəliyi yenidən qayıdıb, təcili kimyaterapiya almalıdır:

Səidə Baxışovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə E-saglam.az-a Səidənin yaxınları məlumat verib:

"Xatırlayırsınızsa 2022-ci ildə Səidə Baxışovaya kəskin miyoblastik leykoz diaqnozu qoyulmuşdur. 4 kimyaterapiya alaraq, 2023-cü ilin fevral ayında ilik transplantasiyası baş tutmuşdur. Bütün bunlara təxmini 120 min ABŞ dolları xərclənmişdir. Bir müddət müalicələrindən sonra o, yavaş-yavaş aramıza dönməyə başladı. 

Təəssüf ki, ötən həftə Səidənin xəstəliyinin geri qayıtdığı ilə bağlı şübhələr yarandı və Türkiyədəki xəstəxanada olan yoxlamalar şübhələri təsdiqləndi. Hazırda Səidə Türkiyədədir və 28 günlük kimya müalicəsi üçün 23 min ABŞ dollarına ehtiyac var. İlk xəstəliyindən uzun müddət keçmədiyi üçün Səidənin ciddi maddi dəstəyə ehtiyacı var". 

E-saglam.az