Xəbərlər
Şəhidin arvadı və uşaqları oğurlanıblar? -
Xəbərlər
310

Şəhidin arvadı və uşaqları oğurlanıblar? - Polisdən AÇIQLAMA

44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.

E-saglam.az Lent.az-a istinadən xəbər verir ki, bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış ediblər.

Şəhid anası gəlininin və nəvələrinin qaçırıldıqlarını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.

Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildiriblər ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Araşdırmaya əsasən, qadının könüllü razılıq əsasında getdiyi məlum olub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun