Daha bir şəhid övladı dünyaya göz açıb.
Bu barədə E-saglam.az-a Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, 28 fevral tarixində TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada daha bir şəhid övladı dünyaya gəlib.
39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə doğulan körpənin cinsiyyəti kişi, çəkisi 2.880 kq, boyu 58 sm-dir.
Amirin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.
YAŞAT Fondu tərəfindən dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Əlavə olaraq Amirin zəruri xərclərinin qarşılanması üçün 1 000 AZN vəsait ananın hesabına köçürüləcək.
Qeyd edək ki, körpənin atası şəhid Sadıqov Samir Cəbrayıloğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.