Şəhid Ramin Abdülrəhimovun xatirəsinə ithaf edilən filmin çəkilişləri başlayıb.
E-saglam.az xəbər verir ki, filmin direktoru Günel Əliqizi mətbuata verdiyi açıqlamada bildirib ki, çəkilişlər Quba rayonunda gerçəkləşir.
Film Ramin Abdülrəhimovun uşaqlıq, gənclik illəri və döyüş yolunu əhatə edir. Rejissorun sözlərinə görə, bu, artıq onun 40-cı filmidir və o, layihə ilə bağlı böyük həyəcan yaşadığını bildirib:
“Artıq 40-cı filmimdir. Montaj işlərinin tamamlanmasını gözləyirik. Təqdimat mərasimi Quba şəhərində keçiriləcək.”
Filmin prodüseri və ideya müəllifi Şakir Abbasdır.
Tərcümə: Könül Oruc