Sosial
Şəhid anası ilə kobud rəftar edən həkim
Sosial

Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oğlunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib.

Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlu Mehtinin şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.

Məlumata görə, Şəlalə Şıxəliyeva və oğlu Bakıya müayinə üçün Şirvan şəhərindən gəliblərmiş. Başqa klinikada ailəyə lazım olan cihaz olmadığı üçün Şirvana geri qayıtmağa məcbur olublar.

Bu gün həkim-nevroloq İbrahim Qulamov video paylaşaraq baş verən hadisənin, əslində, anlaşmazlıq səbəbindən yaşandığını deyib. O, ifadələrinə görə şəhidin anasından üzr istəyib.

Qeyd edək ki, XTQ giziri olan Mehti Şıxəliyev 2020-ci ilin 7 noyabrında Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla, eləcə də “Qarabağ” ordeni ilə təltif edilib.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun