Sağlamlıq
Səhərlər yuxudan duranda ən çox edilən
Sağlamlıq
68

Səhərlər yuxudan duranda ən çox edilən 3 səhv

Səhər oyanandan sonra etdiyimiz ilk addımlar bədənimizin gün boyu necə işləyəcəyinə birbaşa təsir edir. Mütəxəssislər bildirir ki, insanların böyük qismi səhər səhv vərdişlərə görə yorğun, halsız və diqqətsiz olur.

E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bədən hər gecə yuxu zamanı temperaturu aşağı salır, maddələr mübadiləsini yavaşıdır və maye ehtiyatını xərcləyir. Buna görə də oyandıqdan sonra ilk 10 dəqiqə orqanizmin “yenidən işə düşmə mərhələsi” sayılır.

Mütəxəssislər səhərlər ən çox buraxılan üç səhvi belə sadalayır:

Birincisi, su içmədən qəhvə və ya çay içmək. Bu, bədəndə susuzlaşmanı artırır və beyin fəaliyyətini zəiflədir.

İkincisi, oyanan kimi telefona baxmaq. Parlaq ekran və ani informasiya yükü stress hormonlarını artırır, bədəndə gərginlik yaradır.

Üçüncüsü, qəfil ayağa qalxmaq. Bu zaman qan təzyiqi kəskin dəyişir və başgicəllənmə riski yüksəlir.

Həkimlər düzgün səhər rutininin çox sadə olduğunu bildirir: bir stəkan ilıq su, qısa nəfəs məşqi və bədənə “yavaş-yavaş” oyanmaq imkanı vermək.

Mütəxəssislərə görə, bu kiçik addımlar gün ərzində enerjini artırır, diqqəti yaxşılaşdırır və metabolizmi daha stabil saxlayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun