Qidalanma
Səhərlər qəhvə içmək
Qidalanma
135

Səhərlər qəhvə içmək "bədən üçün şok"dur - Həkim

Həkim Sebastian La Rosa səhərlər qəhvə içməyin sağlamlığa mənfi təsir etdiyini bildirib.

E-saglam.az xəbər verir ki,  "El Confidencial" qəzetinə verdiyi müsahibədə o, bu vərdişi "bədən üçün şok" adlandırıb. 

La Rosanın sözlərinə görə, oyandıqdan dərhal sonra insan bədəni günün istənilən digər vaxtına nisbətən daha çox susuzlaşır. O, maye qəbulunda səkkiz saatlıq fasilənin həm fiziki, həm də idrak fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.

Mütəxəssis xəbərdarlıq edib ki, bu vaxt qəhvə içmək yalnız susuzlaşmanı daha da pisləşdirəcək. "Əvvəlcə su içmədən qəhvə içməyin. Bu, bədən üçün çox böyük bir şokdur", - deyə o əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun