Səhərlər gümrah olmaq üçün nə etmək lazımdır? –
Səhərlər gümrah olmaq üçün nə etmək lazımdır? –

Həkimlər səhər yuxudan duran zaman gümrah olmaq üçün yatmazdan əvvəl yataq otağını havalandırmağı məsləhət görüb.

E-saglam.az xəbər verir ki, mütəxəssislər tədricən oyanmağın vacibliyinə də diqqət çəkib. Bir az fiziki hərəkət, bir stəkan su və səhər yeməyi də faydalı olacaq.

Həkimlərin fikrincə səhərlər günəş şüaları da otağa daxil olmalıdır. Çünki şüalar orqanizmdə kortizol istehsalını stimullaşdırır və oyanmağa xidmət edir.

Evdə işıqlandırma ilin fəslindən asılı olaraq tənzimlənməlidir. Bu, orqanizmdə baş verən fizioloji proseslərlə yanaşı, psixoloji vəziyyətə də təsir edir.

Həddindən artıq parlaq işıq baş ağrısına və göz yorğunluğuna səbəb ola bilər. Zəif işıqda insan özünü yuxulu və halsız hiss edə bilər.

Yuxudan bir neçə saat sonra qəhvə içmək daha yaxşıdır.

E-saglam.az