Şəhər, yoxsa kənddə yaşamaq
Şəhər, yoxsa kənddə yaşamaq

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?

E-saglam.az xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsinin öz mənfi-müsbət tərəfləri var.

Hətta bu insandan asılı olaraq dəyişir.

Birinci fərq hava, ekoloji vəziyyət.

Şəhər havasında müxtəlif kirlənmə, qatqı,kimyəvi maddələr çoxdur, onlar elə yol gedərkən insanın udduğu oksigenlə nəfəs yolları və ağciyərləri kirləyir, bu da bütün orqanizmə təsir edir.

Sankt-Peterburq Gigiyena Tədqiqat mərkəzinin araşdırmasına görə, hava kirlənməsinin 70%-i nəqliyyat səbəbindəndir və havaya atılan qazlarda kanserogen maddələr var.

Avtomobil-nəqliyyat infrastrukturu güclü olan regionlarda da tənəffüs yolları, xoş və bədxassəli törəmələrə səbəb olur.

Çirkli havadan daha çox uşaqlar əziyyət çəkir: onlar böyüklərdən daha çox və tez-tez nəfəs alır. Şəhərlərdə əqli, fiziki gerilik, ağciyər xəstəlikləri və allergik xəstəliklər daha çox olur.

Sinir, əsəb sisteminin qənimi

İri binalar, boz küçələr, sıx, dar evlər, hətta şəhər memarlığı şəhər insanının psixikasına mənfi təsir edir, banal evlər, yollar apatiya, təşviş və stres yaradır.

Kənddə isə beyin və gözlər təbiətlə daha çox təmasda olur.

Şəhərdə kommunal öhdəliklər insanı yorur, işıq, qaz sönən kimi həyat dayanır, kənddə isə insanlar bunu asanlıqla həll edirlər.

Həyətdə, torpaqda işləmək, ev heyvanları, bağ, ağaclar – stresə qarşı dayanıqlığı artırır. Stress isə 90% xəstəliklərin səbəbidir.

Xroniki yorğunluq sindromu

Şəhər insanının daim əzgin, yorğun olması və yuxudan doymaması faktdır. Artıq şəhər əhalisində yorğunluq sindromu, depressiya və fibromialgiya halları artır.

Müasir infrastruktur, durmadan artan xidmət, çatdırılma, sifariş, əlaqə, qaçaqaç daha çox şeyi çatdırmaq istəyi bütün orqanizmi tükədir.

İllüziya təşvişi artırır, panik ataklar başlayır, emosional tükənmə ən geci 2-3 ilə özünü göstərir.

Səs küy çirklənməsi

Şəhər insanın başı o qədər qarışır ki, fonda olan səs-küyü artıq eşitmir. Amma o səs təsir edir. Şəhərlər səs kirlənməsinə məruz qalır: insan səsi, maşın, qatar, metro, musiqi, tikinti, sənaye səsləri.

Əgər bir şəhərdə yol verilən səs səviyyəsi 55 db-dən çoxdursa, o zaman hormonal pozuntu, kişi və qadın sonsuzluğu baş verir.

Bəs kəndin mənfi cəhəti nədir?

Şəhərdə ekoloji və gərginlik səbəbindən xəstəliklər riski çoxdursa, kənddən fərqli olaraq, keyfiyyətli tibb...

Şəhər insanı çox zaman tibbi müdaxilə nəticəsində ölümdən tez xilas edilir, qəzalarda ölüm az olur, əməliyyat edilir, vaxtında diaqnoz tapılır. Kənd insanı üçün poliklinika həkimindən və rentgendən başqa çox diaqnostikalar əlçatan deyil. / Medicina.az

E-saglam.az