Qidalanma
Səhər, yoxsa axşam? Çia toxumu yemək üçün
Qidalanma
205

Səhər, yoxsa axşam? Çia toxumu yemək üçün ən ideal vaxt nə zamandır?

Sağlam həyat tərzinə üstünlük verənlərin menyusunda son illərdə ön plana çıxan çia toxumu, təkcə idmançılar deyil, hər yaşda insan üçün faydalı super qida kimi tanınır.

E-saglam.az xəbər verir ki, lif, omeqa-3 yağ turşuları, antioksidant və minerallarla zəngin olan bu toxumlar həm çəki idarəsi, həm də ürək və beyin sağlamlığı üçün əhəmiyyətlidir. Bəs çia toxumunu yemək üçün ən uyğun vaxt hansıdır – səhər, yoxsa axşam?

Səhər: enerji və toxluq hissi

Mütəxəssislərin fikrincə, çia toxumu səhərlər istehlak edildikdə uzun müddət toxluq hissi yaradır və qan şəkərini sabit saxlayaraq enerjini qoruyur. Bu xüsusiyyətlər onu ideal səhər yeməyi əlavəsinə çevirir. Yulaf ezmesi, qatıq və ya smoothie ilə birlikdə qəbul edildikdə həm həzmi dəstəkləyir, həm də zehni aydınlıq verir. Omeqa-3 yağ turşularının idrak funksiyalarına təsiri isə günə daha çevik başlamağa kömək edir.

Axşam: bərpa və sakitləşmə

Axşam saatlarında çia toxumu istehlakı bədənin bərpa və istirahət funksiyalarına dəstək ola bilər. Tərkibindəki maqnezium əzələləri rahatladır, triptofan isə serotonin səviyyəsini artıraraq yuxu keyfiyyətini yaxşılaşdırır. Bu xüsusilə məşqdən sonra bədənini bərpa etmək istəyənlər üçün önəmlidir. Axşamlar hazırlanan çia pudinqi və ya içkilər həm doyurucu, həm də rahatladıcı təsir göstərir.

Nə zaman yeməli?

Ən yaxşı vaxt şəxsi ehtiyac və həyat tərzinə bağlıdır. Səhərlər enerji və toxluq, axşamlar isə sakitləşmə və əzələ bərpası üçün tövsiyə edilir. Amma mütəxəssislər bir vacib məqamı xatırladır: çia toxumlarını istehlak etməzdən əvvəl mütləq suda islatmaq lazımdır. İsladıldıqda gelə bənzər quruluq alır və bu da həzmi asanlaşdırır, udulmanı artırır.

28 qram çia toxumunun qida dəyərləri:

Kalori: 138

Zülal: 4,7 q

Yağ: 8,7 q (təxminən 5 q omeqa-3)

Karbohidrat: 12,3 q (10,6 q lif)

Kalsium: Gündəlik ehtiyacın 18%-i

Maqnezium: 23%

Fosfor: 27%

Vitamin B1: 15%

Vitamin B3: 16%

Nəticə: İstər səhər, istər axşam – çia toxumu gündəlik qidalanma planına əlavə olunduqda sağlamlıq baxımından çoxsaylı faydalar təmin edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun