Qidalanma
Səhər yeməyində tez-tez edilən bu
Qidalanma
54

Səhər yeməyində tez-tez edilən bu səhv sağlamlığa zərər verir

Diyetoloq Vanessa Leon insanların səhər yeməyində tez-tez sağlamlığa mənfi təsir edən bir səhvə yol verdiyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, səhv qidaların seçilməsində yox, onların ardıcıllığında ortaya çıxır.

Bir çoxları portağal şirəsi, tam taxıl çörəyi və meyvədən ibarət “sağlam” səhər yeməyi hazırladığını düşünür. Lakin Leon xəbərdarlıq edir: belə başlanğıc qan şəkərinin sürətli yüksəlişinə və cəmi bir neçə saat sonra enerji düşüşünə səbəb olur.

Mütəxəssis tövsiyə edir ki, günə karbohidrat və şirniyyatlarla başlamaq əvəzinə əvvəlcə yumurta, vetçina və pendir kimi proteinlə zəngin qidalar, onların yanında isə lif mənbələri qəbul edilməlidir. Bu kombinasiyadan sonra meyvə və şirniyyat yesəniz belə, şəkər qana daha yavaş qarışacaq və qlükoza dalğalanmalarının qarşısı alınacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun