Tibbi xəbərlər
Səhər və axşam yeməyi vaxtları ürək xəstəliyi riskini
Tibbi xəbərlər
345

Səhər və axşam yeməyi vaxtları ürək xəstəliyi riskini proqnozlaşdıra bilər

Avropalı alimlər müəyyən ediblər ki, gec səhər yeməyi və gec axşam yeməyi ürək-damar xəstəliyi (CVD) riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc olunub.

Mütəxəssislər 103 389 nəfərin sağlamlıq məlumatlarını araşdırıblar. Məlum olub ki, səhər yeməyini hər saat gecikdirən KVH inkişaf riskini 6% artırır. Məsələn, bir nəfər səhər yeddidə, digəri isə səhər 10-da səhər yeməyi yeyirsə, ikinci adamın həyatı boyu KVH inkişaf etmə ehtimalı 18% yüksək olacaq.

Gec yemək də sağlamlığa mənfi təsir göstərir. Tədqiqat göstərib ki, axşam saat 9-dan sonra yemək, iflic və beyin anevrizması kimi serebrovaskulyar xəstəliklərin inkişaf riskini axşam səkkizdən əvvəl yeməklə müqayisədə 28% artırır.

Daxili bioloji saatımız, həzmimiz və qida maddələrinin udulması arasında əlaqə var. Bədənimizin sirkadiyalı ritmləri – onun təbii gündəlik dövrü – gündüz yemək və gecə yatmaq üçün nəzərdə tutulub. Əgər onlar pozularsa, bu, ürək sağlamlığımız üçün nəticələrə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun