Səhər mədədə narahatlıq və ağırlıq hissi ilə oyanırsınızsa, səbəbi budur...
Qidalanma mütəxəssisləri axşam yeməyin mənfi nəticələrini müəyyən ediblər.
E-saglam.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır .
Sinerji Universitetinin Tibb fakültəsinin cərrahi xəstəliklər kafedrasının dosenti, nevroloq Aleksandra Moskviçevanın sözlərinə görə, axşam saatlarında insanın yandıra biləcəyindən çox kalori yeməsi, artıq karbohidratların isə yağa çevrilməsi riski artır və bədən tərəfindən saxlanılır.
Bundan əlavə, gec vaxtlarda bioloji ritmlərə görə metabolik proseslər azalır. Beləliklə, mədə-bağırsaq traktının sadəcə yeyilən hər şeyi həzm etməyə vaxtı olmaya bilər, bu da səhər mədədə narahatlıq və ağırlıq hissi ilə nəticələnəcəkdir.
Bununla belə, mütəxəssislər yatmazdan dörd saat öncə yeməyi məsləhət görürlər.
Həmçinin qeyd edilir ki, insanların təxminən 80 faizinin mədə-bağırsaq traktından şikayətləri var, ona görə də gec yemək, mədə yanmasını və ya bağırsaq mikroflorasının pozulmasını pisləşdirə bilər.
Tərcümə etdi: Könül Oruc