Sağlamlıq
Səhər duş qəbul etməyi dayandırmağınız üçün
Sağlamlıq

Səhər duş qəbul etməyi dayandırmağınız üçün 3 vacib səbəb

E-saglam.az həmin səbəbləri təqdim edir:

1. Gecə duşu daha təmiz və sağlam seçimdir

Gün ərzində bədənimizə toz, allergenlər, kimyəvi maddələr və tər yığılır. Dermatoloqlar bildirirlər ki, gecə duş qəbul etmək bu çirklərin yatağınıza keçməsinin qarşısını alır və daha təmiz mühitdə yatmağa imkan yaradır. Əks halda, çirkli yataq dəstləri dəri problemlərinə, qaşınma və sızanaqlara səbəb ola bilər.

2. Səhər duşu dərinin qurumasına səbəb ola bilər

Dermatoloq Emma Amoafo-Mensah qeyd edir ki, duşun müddəti və suyun temperaturu dərinin sağlamlığına təsir göstərir. Onun sözlərinə görə, ideal duş vaxtı on dəqiqədən az olmalıdır. Çox isti və uzun müddət davam edən duş dərinin təbii nəmini azaldaraq quruluğa və qıcıqlanmaya səbəb ola bilər.

3. Gecə duşu rahat yatmağa kömək edir

Axşam duş qəbul etmək yalnız gigiyenik baxımdan deyil, həm də psixoloji cəhətdən faydalıdır. Günün yorğunluğunu atmağa, əzələləri rahatlatmağa və daha keyfiyyətli yuxuya kömək edir. Bunun əksinə, səhər duşu bədəni oyandırsa da, gün ərzində toplanan çirklərin gecə boyunca dərinizdə qalmasına səbəb olur.

Nəticə olaraq, səhər duşu günə başlamaq üçün enerji versə də, gecə duş qəbul etmək həm gigiyena, həm də sağlamlıq baxımından daha üstün seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun