Yandex watch
Şəfa mənbəyi sayılan bu ot

Qarsda endemik olaraq bitən və xalq arasında “gözəl qadın otu” ya da “dəli yarasa otu” kimi tanınan bir bitki baharın gəlişi ilə yenidən diqqət mərkəzinə düşüb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, məsum görkəminə baxmayaraq, bu ot ciddi zəhərlənmələrə, hətta qaraciyər çatışmazlığına səbəb ola bilər. Qarsda bu otla zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilən uşaqların sayı artdıqdan sonra həkimlər və mütəxəssislər əhaliyə ciddi xəbərdarlıq edib.

Mütəxəssis Dr. Sevgi Özen Köse xəbərdarlıq edərək bildirib ki, hər ot şəfalı deyil və bəziləri az miqdarda belə ölümcül fəsadlara yol aça bilər: “Dəli yarasa otu bəzən yaban mersini ilə qarışdırıla bilər. Bu otun çiçəyi və meyvəsi az miqdarda qəbul edildikdə belə, ürək dayanmasına, tənəffüs çatışmazlığına, ritm pozuntularına, halüsinasiyalara və şüur pozğunluğuna səbəb ola bilər”.

Qaraciyər zəhərlənməsi və halüsinasiyalar yaradır

Dr. Köse bildirib ki, bölgədə “lupin” və “şəhdərə” kimi digər otlar da zəhərlənmə riski daşıyır: “Bu bitkilər qaraciyər toksikliyinə, şüur pozulmalarına və hətta psixi pozğunluqlara səbəb ola bilər. Təbii otların istehlakı yalnız mütəxəssis nəzarəti ilə həyata keçirilməlidir. Əks halda nəticələr ağır ola bilər”.

Əlamətlər gecikmiş şəkildə ortaya çıxa bilər

Həkimlər xüsusilə son günlərdə bu cür bitkilərin istehlakı ilə bağlı zəhərlənmə hallarının artdığını bildirirlər. Dr. Köse xəbərdarlıq edib ki, bəzi əlamətlər ilk günlərdə deyil, sonrakı günlərdə və hətta həftələr sonra belə üzə çıxa bilər: “Qaraciyər çatışmazlığı, halüsinasiyalar, qusma, şüur bulanıqlığı və hezeyanlar baş verərsə, dərhal xəstəxanaya müraciət edilməlidir”.

8 uşaq zəhərlənib, biri xəstəxanaya yerləşdirilib

26 aprel 2025-ci ildə Qarsın Arpaçay və Kağızman rayonlarından ümumilikdə 8 uşaq “dəli yarasa” otundan istifadə etdikdən sonra zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib. 7 uşaq ilkin müdaxilədən sonra evə buraxılıb, 1 uşaq isə müşahidə altına alınıb. 48 saatlıq müalicədən sonra vəziyyəti stabilləşdiyi üçün o da evə buraxılıb.

Tərcümə: Könül Oruc

E-saglam.az