“Sədərək”də maşınların üzərində atılıb-düşən şəxs müalicə mərkəzinə yerləşdirilib
“Sədərək”də maşınların üzərində atılıb-düşən şəxs müalicə mərkəzinə yerləşdirilib

Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

E-saglam.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.

12:47

“Sədərək” Ticarət Mərkəzinin parklanma ərazisində avtomobillərin üzərində atılıb-düşən şəxs sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Bildirilib ki, hadisə ötən gün “Sədərək” bazarındakı parklardan birində yaşanıb.

Kadrlarda, gəncin bir anda avtomobillərin üzərinə çıxaraq atılıb-düşdüyü və yaşlı kişinin onu aşağı düşürmək istədiyi görünür. Lakin şəxs, ona çağırış edən kişiyə məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olub.

Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.

E-saglam.az