Marketlərin girişində qalaq-qalaq yığılan yeni il hədiyyə qutuları ilə rastlaşıram və mən bu barədə yazmağı da özümə borc bilirəm.
E-saglam.az xəbər verir ki, bu barədə qida mühəndisi, nutrisioloq Fərid Səfərov yazıb.
Həmin yazını təqdim edirik.
Hədiyyə qutuları niyə təhlükəlidir?
Hədiyyə qutularının içərisinə ucuz və keyfiyyətsiz, uşaqların xoşladıqları şirniyyat və şokoladlar qoyulur.
Ancaq sağlamlığa faydasına və qida dəyərinə baxsaq, heç nə, apar tulla!
Bu qidalar "Junk food" qidalar kateqoriyasına daxildir.
Ucuz və keyfiyyətsiz şirniyyat və şokoladlar uşaqlarda metobolizmin zəifləməsi, piylənmə, mədə-bağırsaq, allergik və s. xəstəlikləri yaradır.
Qutularda həm də çox kiçik, amma çox vacib nüans var və əksəriyyət buna diqqət etmir. Qutuların üzərində qeyd olunan tarix qutunun qablaşma tarixidir və içindəki məhsula heç bir aidiyyatı yoxdur!
Almaq məcburiyyətində qalsanız, təklif edirəm ki, hədiyyəni özünüz hazırlayasınız. Məhsulların istehsal tarixinə baxmağınız tövsiyə olunandır!
Sağlam qidalanaraq sağlam yaşayın!