Sarımsağın tükənmək bilməyən faydaları
Sarımsağın tükənmək bilməyən faydaları

Fitoterapevt Fizuli Hüseynov sarımsağın faydalarından bəhs edib.

E-saglam.az sarımsağın faydalarını təqdim edir: 

- Ürək əzələsini qüvvətləndirir, vurma gücünü artırır

- Dəridə olan yaraları sürətlə sağaldır

- Damarların mənfəzini genişləndirir

- Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində, kəskin və xroniki bronxitdə istifadə olunur

- Revmatizm zamanı faydalıdır

- Bağırsaqda disbakterioz səbəbindən baş verən qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır

- Vərəm xəstəliyində istifadə olunur

- Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır

- Qanı toksin və mikroblardan təmizləyir

- Çox güclü əsəb sakitləşdiricidir

- İştahanı artırır

- Yuxunu dərinləşdirir

- Cinsi istəyi artirır

- Bağırsaqda parazitlik edən bütün qurdları məhv edir

- Müğənnilar üçün faydalıdır, çünki səsi gözəlləşdirir

- Saç tökülməsinin və ağarmasının qarşısını alır

- Dərinin ziyil və çiban kimi xəstəliklərinin qarşısını alır

- Böyrəkləri çalışdırır, sidikqovucudur, daş əmələgəlməainin qarşısınn alır

- Bağırsaqda çürümə törədən zərərli bakteriyaları öldürür, bununla da ömrü uzadır

- Bağırsaq göbələyinin qarşısını alır

- Prostatitdə və qadınlarda yumurtalıqların iltihabında faydalıdır

- Qanı durulaşdırır

- Qanda şəkərin miqdarını normallaşdırır və qan dövranını nizamlayır

- Boğazgalmələrdə (angina) və faringitdə faydalıdır

- Əzələ qıcolmalarında faydalıdır

- Zobun profilaktikasında istifadə olunur

- Qan təzyiqini aşağı salır

Amma nə qədar saysaq da sarımsağın ağzımızdan gələn iyi onun istifadəsini məhdudlaşdırır.

Sarımsaq qoxusunu azaldan vasitələr

Sarımsaq yedikdən sonra cəfəri və ya quru qəhvə çeynəmək pis qoxunu götürür. Həmçinin mixək də buna bənzər təsirə malikdir. Qoxunu azaltmaq üçün sarımsaq iri-iri doğranıb qatıqla qarışdırılır və çeynəmədən udulur.

Arıqlamaq üçün sarımsaq çayı

3 diş sarımsaq əzilir, 1 stəkan soyuq suya qarışdırılır və yavaş-yavaş isidilir, qaynama temperaturuna çatanda götürülür, süzülür və içilir. Çayı aromatlandırmaq üçün dəmləməyə kəklikotu, nanə, darçın və ya mixək əlavə edə bilərsiniz. 

Könül Oruc