Qidalanma
Sarıkök sümükləri möhkəmləndirir?
Qidalanma

Sarıkök sümükləri möhkəmləndirir?

Son elmi araşdırmalar sarıkökün sümüklərin sağlamlığı üçün çox faydalı olduğunu təsdiqləyib.

E-saglam.az xəbər verir ki, bunu Genuya Universiteti (İtaliya) alimləri araşdırmalar nəticəsində aşkar ediblər.

Müəyyən olunub ki, sarıkök sümük toxumasının sıxlığını artırmaq qabiliyyətinə malikdir.

Eksperiment zamanı 6 ay ərzində orta yaşı 70 olan bir qrup insanlar tərkibində sarıkök olan qida əlavələri qəbul edib. Araşdırmadan əvvəl və 6 ay sonra bu insanlarda sümük toxumasının sıxlığı ölçülüb. Məlum olub ki, eksperimentin sonunda iştirakçılarda sümük toxumasının sıxlığı 7% artıb.

İnsan yaşlaşdıqca sümük toxuması əriməyə başlayır ki, bu da osteoporozun inkişafına səbəb olur. Osteoporozun inkişafı gizli gedir və insan bunu hiss etmir. Osteoporoz çox ciddi ağırlaşmalar verir.  Bud sümüyünün boynunun sınığı osteoporozun ən ciddi ağırlaşması sayılır ki, bu travma yaşlı insanlarda əlilliyə və hətta ölümə səbəb ola bilər.

Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun