Quru şampun asılılığımız başladığından, baş dərimizə daha diqqətli olmağımız lazım olduğunu bilirik. Bizim baş dərimiz də üzümüz kimi nəmlənməyə və soyulmaya ehtiyac duyur.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Wexler Dermatologiya dermatoloqu Dr. Francesca Fusco, "Şampun butulkasına bir xörək qaşığı şəkər əlavə etmək baş dərisini yumşaq şəkildə təmizləyir, saçda heç bir qalıq buraxmadan asanlıqla həll olunur və yaxalanır," açıqlamasını verib.
Üstəlik, bu üsulla siz nəinki saçınızın kökündəki ölü hüceyrələri yox edirsiniz, həm də ölü dəri hüceyrələrini yox edirsiniz, kremlərin saçınıza daha effektiv şəkildə nüfuz etməsinə şərait yaradırsınız. Beləliklə, saçlarınız daha təmiz və daha yaxşı nəmlənəcək.
Bu prosesi nə qədər tez-tez etməlisiniz?
Saçınızın köklərində meydana gələn qabıqları xoşlamaya bilərsiniz. Təbii yağlardan istifadə edərək saçlarınızın tarazlığını artıra bilərsiniz. Saçınızın sağlamlığından asılı olaraq həftədə 3-5 dəfə bu yuma texnikasından istifadə edə bilərsiniz.
Tərcümə: Könül Oruc