Diyetoloq Marsela Qarsez bildirib ki, demək olar hər kəsin soyuducusunda yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən qidalar mövcuddur.
E-saglam.az xəbər verir ki, o, sağlam yuxunun əsas “müttəfiqləri” haqqında danışıb.
Mütəxəssisin sözlərinə görə, gün ərzində kifayət qədər meyvə və tərəvəz qəbul etmək yuxuya müsbət təsir göstərir. O izah edib ki, bu qidaların tərkibində olan karbohidratlar beynin melatonin hormonunun sintezində iştirak edən triptofan amin turşusunu daha yaxşı mənimsəməsinə kömək edir.
Qarsez həmçinin yatmazdan əvvəl ağır və bol yeməkdən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür qidalanma mədə-bağırsaq narahatlığı yarada və nəticədə yuxunun keyfiyyətini aşağı sala bilər.
Bununla yanaşı, həkim su qəbuluna da diqqət yetirməyin vacibliyini vurğulayıb. Belə ki, həm susuzlaşma, həm də həddindən artıq maye qəbulu yuxu rejiminin pozulmasına səbəb ola bilər.
Tərcümə: Könül Oruc