Sağlamlıq
Sağlam ürəyi olan insanlara xas xüsusiyyətlər hansılardır?
Sağlamlıq

Sağlam ürəyi olan insanlara xas xüsusiyyətlər hansılardır?

Hər hansı bir fəaliyyətə asanlıqla köklənən insanlar daha yaxşı psixi və ürək-damar sağlamlığına malikdirlər.

E-saglam.az xəbər verir ki, bu barədə İsveçdəki Karolin İnstitutunun davranış genetikası üzrə kafedrasının dosenti Miriam Mosinq danışıb.

Mütəxəssis izah edib ki, vaxta diqqət yetirmədən həvəslə yeni bir fəaliyyətlə məşğul olmaq çox vaxt "axın" adlanan məhsuldarlığın artması ilə müşayiət olunan artan konsentrasiya vəziyyətidir. Mosinq qeyd edib ki, "axın" vəziyyətini ürək-damar sağlamlığının daha yüksək göstəriciləri ilə əlaqələndirilir. Bunu Çinin Cənub-Qərbi Tsyaotun Universitetinin alimlərinin araşdırması göstərib.

Mosinq və onun həmkarları tərəfindən aparılan başqa bir araşdırma məşğul olduğu işə aludə olan insanların həm ürək xəstəliyi, həm də depressiya, narahatlıq, şizofreniya və bipolyar pozğunluğun inkişaf etmə riskinin azaldığını göstərib. Tədqiqatçılar "axının" həm fiziki, həm də zehni rifaha mənfi təsir göstərə bilən stresin zərərli təsirlərindən qorunmağa kömək edə biləcəyini təxmin ediblər.

Mənbə: The Conversation /Oxu.Az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun