Qidalanma
Sağlam meyvə şirələri və gündəlik
Qidalanma
178

Sağlam meyvə şirələri və gündəlik tövsiyə olunan miqdar

Meyvə və tərəvəz şirələri sağlamlıq üçün faydalı ola bilər, lakin onları ölçülü şəkildə qəbul etmək vacibdir.

E-saglam.az xəbər verir ki, 100 faiz təmiz meyvə şirələri vitaminlər, kalium, maqnezium və antioksidantlarla zəngin olsa da, tərkibindəki təbii şəkərlər səbəbindən həddindən artıq istehlakı zərərli ola bilər.

Ən faydalı meyvə və tərəvəz şirələri:

Portağal suyu – C vitamini ilə immuniteti dəstəkləyir və iltihabı azalda bilər. Tövsiyə olunan miqdar: gündə 150 ml.

Limon suyu – Qan təzyiqini tənzimləməyə kömək edir; yeməkdən əvvəl içilməsi həzmə də faydalıdır.

Nar şirəsi – Antioksidantlarla zəngindir, xüsusilə polifenollar sayəsində sağlamlıq faydaları göstərir. Tövsiyə olunan miqdar: gündə 200 ml.

Çuğundur – Qan damarlarını rahatlatmaq və azot oksidi əmələ gətirmək üçün faydalıdır; şəkər tərkibi az olduğundan gündə 500 ml-ə qədər qəbul edilə bilər.

Zoğal – Sidik yolu infeksiyalarının qarşısını almağa kömək edir; 100 faiz şəkərsiz versiyası tövsiyə olunur.

Qara gavalı – Həzm sistemini dəstəkləyir və qəbizliyin qarşısını alır; gündə 150 ml kifayətdir.

Qaragilə – Antioksidantlarla zəngindir, ürək, beyin və metabolik sağlamlıq üçün faydalıdır; qısa müddətli fayda üçün şirə, uzun müddətli fayda üçün bütöv giləmeyvə üstünlük təşkil edir.

Mütəxəssislər tövsiyə edir: meyvə şirəsi içmək əvəzinə mümkün qədər bütöv meyvə və tərəvəz yemək daha faydalıdır. Şirə yalnız əlavə qida kimi və gündə 150–200 ml arasında qəbul edilməlidir.

Qeyd: Mağazalarda satılan meyvə şirələri qatqılı olduğu üçün tövsiyə olunmur. Söhbət təbii şəkildə evdə çəkilən meyvə şirələrindən gedir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun