Qidalanma
Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir -
Qidalanma
20

Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq

Kardioloq Françesko Lo Monako keto pəhrizinin ürəyə düşən yükü artıra biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, ketogenik pəhriz karbohidratların ciddi şəkildə azaldılması, zülal və yağ qəbulunun isə artırılması prinsipi üzərində qurulur. Bu isə xolesterinin yüksəlməsinə və hətta sağlam insanlarda belə ürək-damar sisteminə əlavə yük yaranmasına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, ən böyük səhvlərdən biri bu pəhrizə uzun müddət riayət etməkdir. Onun sözlərinə görə, keto pəhrizi tətbiq edənlərin bir çoxu həddindən artıq heyvan mənşəli yağ qəbul edir, bitki yağlarına isə kifayət qədər yer vermir. Bu vəziyyət orqanizmdə iltihab riskini artırır və damarlarda lövhə yığılmasına səbəb ola bilər.

Kardioloq daha balanslı qidalanma modeli kimi Aralıq dənizi pəhrizini tövsiyə edib. O qeyd edib ki, keto pəhrizinə əməl ediləcəksə, bu müddət iki həftədən artıq olmamalıdır.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, sağlam qidalanmada əsas məqsəd sürətli nəticə deyil, uzunmüddətli və təhlükəsiz həyat tərzi formalaşdırmaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun