Sadəcə 21 kişmiş yeyin və görün nə olur
Sadəcə 21 kişmiş yeyin və görün nə olur

Ölçüsü kiçik, lakin böyük faydaları olan kişmiş, qidalandırıcı və doyurucu xüsusiyyətləri ilə diqqəti cəlb edir, tez-tez yeyilən, qan azlığına faydalı və enerji verən üzüm, vitamin, mineral və lif baxımından da zəngindir.

E-saglam.az sağlamlıq üçün yeyilməsi tövsiyə edilən 21 ədəd kişmişin digər faydalarını təqdim edir. 

Kişmiş tərkibindəki antiseptik maddələr sayəsində həzmi asanlaşdırır. Eyni zamanda yemək borusu, mədə və bağırsaqlarda yığılmış toksin qalıqlarını da nəcis və ya sidik vasitəsilə bədəndən çıxarır.

Müxtəlif səbəblərdən qaraciyər membranında zərərli hüceyrələr toplanır. Bir müddət sonra bu yığılma qaraciyərin yağ tərkibini artıraraq ciddi xəstəliklərə səbəb olur. Ancaq hər səhər bir gecədən əvvəl hazırladığınız 21 kişmiş suyu içməklə bu riski azalda bilərsiniz. Kişmiş suyu qaraciyəri təmizləməklə yanaşı, zərərli hüceyrələrdən də qoruyur. (Kişmiş suyunun hazırlanma qaydası yazının sonunda qeyd olunub.)

Xəstəlik zamanı mədə divarında müəyyən qidalar və ya kramplar səbəbindən qusma baş verə bilər. Mədə turşusu artdıqca, bu pozğunluq həm yemək borusuna, həm də ağız sağlamlığına mənfi təsir göstərir. Bu vəziyyətdə bir gün əvvəl saxlanılan kişmiş suyunu istehlak etməklə ürəkbulanmanı aradan qaldırmaq olar.

Pis xolesterinin səviyyəsi artdıqca ürək-damar xəstəlikləri riski də artır. Mütəxəssislər bildirirlər ki, 21 ədəd kişmiş nəinki xolesterin səviyyəsini aşağı salır, həm də damarların tıxanmasının qarşısını alır və ürək xəstəlikləri ehtimalını azaldır.

Təbii antioksidan mənbəyi olan üzüm orqanizmi hər gün təmizləyir və immuniteti gücləndirir. Bədənin xəstəliklərə qarşı müqavimətini artırmaqla yanaşı, gənc hüceyrələrin sayını da artırır, dərini daha parlaq və canlı göstərir.

Qanda trigliserid hüceyrələrinin artması bədəndəki şəkər və yağ nisbətini də artırır. Bu vəziyyət obezite və diabetə dəvət edir. Mütəxəssislər trigliserid səviyyəsini azaltmaq üçün gündə 21 kişmiş şirəsi istehlak edilməli olduğunu vurğulayırlar.

Kişmiş suyu necə hazırlanır? 

400 qram kişmiş

4 stəkan su

Əvvəlcə üzümləri yaxşıca yuyun. Sonra bir qazanda suyu qaynadın. Sonra kişmişi ora əlavə edin. Qarışığı bir gün saxlayın, süzün və için. Mütəxəssislər bunu ayda dörd gün ardıcıl olaraq etməyi məsləhət görürlər. Bundan əlavə, səhər yeməyindən yarım saat əvvəl bu suyu içsəniz daha çox fayda görəcəksiniz.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az