Qidalanma
Sadə qidalarla sağlamlığınızı qoruyun:
Qidalanma
316

Sadə qidalarla sağlamlığınızı qoruyun: xərçəngi riskini azaldır

İngiltərədə fəaliyyət göstərən cərrah Dr. Karan Rajan sosial şəbəkədə paylaşdığı açıqlamalarla milyonlarla insana xitab edərək bağırsaq xərçəngi riskinə qarşı yüksək lifli qidalanmanın vacibliyini vurğulayıb.

E-saglam.az xəbər verir ki, “Bowel Cancer UK” təşkilatının məlumatına görə, İngiltərədəki bağırsaq xərçəngi hallarının təxminən 28 faizi az lifli qidalanma ilə əlaqələndirilir.

YÜKSƏK LİFLİ QİDALAR XƏRÇƏNG RİSKİNİ AZALDIR

Bağırsaq sağlamlığını qorumaq üçün gündəlik lif qəbulu həyati əhəmiyyət daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, böyüklərin cəmi 9 faizi gündə tövsiyə edilən 30 qram lif qəbuluna çata bilir. Bu da xüsusilə gənc yetkinlər arasında bağırsaq xərçəngi hallarının artmasına səbəb olur.

EV ŞƏRAİTİNDƏ ASANLIQLA TAPILAN QİDALARLA GÜNDƏLİK LİF ƏLDE ETMƏK MÜMKÜNDÜR

Dr. Rajanın sözlərinə görə, evdə asanlıqla tapılan bir neçə sadə məhsulla tərkibində təxminən 15 qram lif olan bir yemək hazırlamaq mümkündür. O, aşağıdakı məhsulları tövsiyə edir:

– 50 qram fıstıq və ya badam
– 80 qram moruq
– 100 qram dondurulmuş noxud
– 100 qram humus
– 50 qram tünd şokolad
– 75 qram mərcimək

Bundan əlavə, gündə bir alma, armud və ya avokado yemək də bağırsaq sağlamlığına müsbət təsir göstərir.

Araşdırmalara əsasən, 1990-cı illərdə doğulanların bağırsaq xərçənginə tutulma ehtimalı 1950-ci illərdə doğulanlarla müqayisədə 3 dəfə çoxdur. Təkcə İngiltərədə hər il orta hesabla 17 min nəfər bu xəstəlik səbəbindən həyatını itirir. Artıq halların 5 faizi isə 25–49 yaş arası şəxslər arasında müşahidə olunur.

AŞAĞIDAKI ƏLAMƏTLƏRƏ DİQQƏT: ERKƏN MÜDAXİLƏ HƏYAT QURTARIR

Mütəxəssislər aşağıdakı simptomların nəzərə alınmasını tövsiyə edir:

– Tualet vərdişlərində dəyişiklik
– Nəcisdə qan
– Davamlı qəbizlik və ya ishal
– Səbəbsiz çəki itkisi
– Qarın ağrısı və ya köp

Erkən diaqnoz bağırsaq xərçəngində uğurlu müalicə şansını xeyli artırır.

İngiltərə Xərçəng Araşdırmaları Təşkilatının məlumatına görə, bağırsaq xərçəngi hallarının 54 faizi qarşısı alına bilən xəstəliklər sırasındadır. Bunun üçün aşağıdakı risk faktorlarına diqqət yetirilməlidir:

– Az lifli qidalanma
– Həddindən artıq qırmızı və işlənmiş ət qəbulu
– Piylənmə və hərəkətsiz həyat tərzi
– Alkoqol və siqaretdən həddindən artıq istifadə.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun